Modern.az

Dünyada koronavirus: Ölənlərin sayı ARTIR

Dünyada koronavirus: Ölənlərin sayı ARTIR

Aktual

13 Fevral 2022, 11:18

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 410 242 868 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetindən bildirilib.

 

Məlumata görə, indiyədək 5 milyon 810 min 840 nəfər koronavirusdan dünyasını dəyişib.

 

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan və Braziliya ilk yerləri tutur.

 

Belə ki, yoluxma və ölənlərin sayına görə liderliyi ABŞ qoruyur, burada COVID-19-a yoluxanların sayı 77 707 349, ölənlərin sayı 919 255 nəfərə yüksəlib.

 

Hindistan yoluxanların sayına görə ikinci yerdədir, burada COVID-19-a təsdiqlənmiş halların sayı 42 631 421 nəfərə, virusa yoluxma nəticəsində ölənlərin sayı isə 508 655 nəfərə çatıb.

 

COVID-19-a yoluxma hallarının sayına görə üçüncü yerdə 27 434 286 nəfərlə Braziliya gəlir, bu ölkədə xəstəliyə tutulanlardan 638 346 nəfəri ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı