Modern.az

Haalanda yeni təklif

Haalanda yeni təklif

Aktual

13 Fevral 2022, 11:28

Norveç millisinin və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland yeni təklif alıb.

 

Modern.az-ın məlumatına görə, Almaniyanın “Adidas” şirkəti hücumçu ilə müqavilə imzalamaq niyyətindədir.

 

Artıq tərəflər arasında görüş baş tutub. Şirkət rəhbərliyi Halanda əməkdaşlıq anlaşması imzalanmasını istəyir.

 

Şirkət rəhbərliyi futbolçunu razı salmaq üçün Zinəddin Zidanın da xidmətindən yararlanmaq fikrindədir. Fransalı hazırda “adidas”ın səfiridir.

 

Qeyd edək ki, əvvəl “Nike” ilə müqaviləsi olan Halandın anlaşması yanvarın 1-də başa çatıb. Onun “Adidas”la anlaşması “Real”a keçidində də rol oynaya bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində