Rusiya Müdafiə Nazirliyi 30-dan artıq hərbi gəminin təlimlər üçün Qara dənizə daxil olduğunu açıqlayıb.
Modern.az-ın xəbərinə görə, nazirlikdən verilən məlumatda bildirilir ki, planlaşdırılan təlimlər çərçivəsində Sevastopol və Novorossiysk limanlarından 30-dan çox hərbi gəmi Qara dənizə daxil olub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yanvarın 20-də verdiyi açıqlamada Rusiya donanmasının yanvar və fevral aylarında “məsul olduğu” bütün bölgələrdə ardıcıl hərbi təlimlər keçirəcəyi bildirilib.
Sözügedən təlimlərə 140 gəmidən əlavə 60 təyyarə və 10 min əsgər də qatılacaq.