Modern.az

Koronavirus testi vermisinizsə, evdən çıxmayın!

Koronavirus testi vermisinizsə, evdən çıxmayın!

Aktual

17 Fevral 2022, 17:11

Analiz verdikdən sonra, tədbir məqsədilə evdən çıxmayın və heç kimlə kontaktda olmayın.

 

Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı açıqlamada bildirilib.

 

Qeyd olunub ki, koronavirus infeksiyası həm sürətli yoluxma halları, həm də ciddi fəsadlarına görə vaxtında qarşısı alınmalı olan bir xəstəlikdir.:

 

"Buna görə də, vəziyyətin çətinləşməsini, simptomların ağırlaşmasını gözləmədən, həkimlə məsləhətləşin. Analiz verdikdən sonra, tədbir məqsədilə evdən çıxmayın və heç kimlə kontaktda olmayın.

Yüksək hərarət, halsızlıq, əzələ ağrıları, quru öskürək və s. bu kimi halları özünüzdə hiss etdiyiniz zaman təcili olaraq həkimə müraciət edin".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı