Modern.az

Bir ayda 30 nəfər dəm qazından ZƏHƏRLƏNİB

Bir ayda 30 nəfər dəm qazından ZƏHƏRLƏNİB

Aktual

17 Fevral 2022, 17:37

Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.

 

Mərkəzin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər birinə tibbi yardım göstərilərək evə buraxılıblar:

 

"Bu gün Qusar rayonunda bir ailənin 5 üzvünün dəm qazından boğularaq ölüb. Baş Prokurorluqdan verilən məlumata görə, Qusar şəhərinin H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşağı ölüb".

 

Mərkəz bu hallarla qarşılaşmamaq üçün əhalini ehtiyatlı olmağa çağırır:

 

"Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.

 

Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı