Modern.az

Nazir Fransada “Qarabağ”ın məşqini izlədi

Nazir Fransada “Qarabağ”ın məşqini izlədi

Aktual

17 Fevral 2022, 18:06

Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Marsel” ilə qarşılaşacaq “Qarabağ” klubu ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, nazir feysbuk səhifəsindəki hesabında matçın keçiriləcəyi “Velodrom” stadionunun videosunu paylaşaraq, “Oyun günü: komandamıza uğurlar!” sözlərini yazıb.

 

“Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın qısa proqramda çıxışını izlədikdən sonra nazir Fransaya yollanıb. O, ötən gün “köhlən atlar”ın baş meneceri Asif Əsgərov ilə birlikdə komandanın məşqini izləyib. Matçın təhlükəsizlik baxımından riskli olduğunu nəzərə alan nazir “Qarabağ” klubu futbolçularının yanında olmağı və qarşılaşmanı stadiondan izləməyi vacib sayıb.

 

Qeyd edək ki “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı