Modern.az

“Şüşə”, “patı” qızlar arasında geniş yayılıb

“Şüşə”, “patı” qızlar arasında geniş yayılıb

Aktual

22 Fevral 2022, 11:06

Ümumdünya Səhiyyə Təşkilatına görə, asılılıq sindromu fizioloji, davranış və koqnitiv təzahürləri kompleksidir. Sindromun əsas xarakterik əlaməti psixoaktiv maddənin qəbul etmə təlabatının güclü və çox zaman qarşısı alınmaz olmasıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, narkotik vasitələrə asılılığı olan xəstələrdə sosial mənsubiyyətin çox kəskin enməsi cəmiyyətin, o cümlədən yaxınlarının mənafelərinə zidd olan, hətta kriminal hərəkətlər belə müşahidə olunur.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib.

 

O.Cəfərovun sözlərinə görə, qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatlar istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.

 

Narkoloq qeyd edib ki, “şüşə”, “patı” deyilən maddə hazırda yeniyetmələr, hətta qızlar arasında geniş yayılıb:

 

“Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir. Onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir. Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur».

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı