Modern.az

Deputat İrəvanda azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırdı

Deputat İrəvanda azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırdı

Aktual

22 Fevral 2022, 11:14

“Ermənistan və Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın nümunəsinə çevrilməlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilən komitə iclasında deyib.

“Azərbaycanda mühakimə edilən şəxslər müharibədən sonra tutulub. Bu isə beynəlxalq hüquqa tam uyğundur”, - deyən deputat vurğulayıb ki, ölkəmizin hazırkı mövqeyi bütün beynəlxalq qanunlara və humanitar hüquqa uyğundur.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilib:

“Münaqişə artıq başa çatıb və biz regiona yeni geosiyasi reallıqlar gətiririk. Bütün beynəlxalq təşkilatlar regiona əməkdaşlığın gətirilməsinin vacibliyini qeyd edirlər. Avropa da bu regional əməkdaşlığı dəstəkləyir. Biz bütün beynəlxalq platformalardan istifadə edərək regiona sülh gətirməyə çalışmaqdan məmnunuq”.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra bütün əsirləri Ermənistana təhvil verib:

“Saxlanılanlar və azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlara gəlincə, qeyd etmək istəyirəm ki, bütün əsirlər müharibədən dərhal sonra Ermənistana qaytarılıb. Hazırda Ermənistana qaytarılması müzakirə edilənlər isə müharibədən sonra saxlanılanlardır”.

S.Məmmədov çıxışında azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırıb. O, Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Onların taleyi məlum deyil. İndi bizim təklif etdiyimiz format bölgənin inkişafı, təhlükəsizliyi üçündür. İqtisadi əhəmiyyətə malik layihələr təklif edirik. Münaqişə bitdikdən sonra Ermənistandan bizə müsbət siqnallar verilib”, - deputat çıxışında deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı