Modern.az

400 şəxs üçün kiçik bines yaradıldı

400 şəxs üçün kiçik bines yaradıldı

Aktual

22 Fevral 2022, 11:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

 

Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.

 

Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1 200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı