Modern.az

Qazanbulağın içməli su problemi həll olunur

Qazanbulağın içməli su problemi həll olunur

Aktual

22 Fevral 2022, 12:21

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Goranboyun Qazanbulaq qəsəbəsində içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə, yeni layihə icra edilir. Layihə çərçivəsində 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulur, əsas və daxili su boruları yenilənir. Layihənin icrası nəticəsində qəsəbədə 196 abonent fərdi  qaydada dayanıqlı içməli su təchizatı ilə təmin ediləcək.   Eyni zamanda su itkilərinin qarşısı alınaraq, sudan səmərəli və qənaətlə istifadə təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işləri “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsi tərəfindən həyata keçirilir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı  və operativ surətdə həlli ilə bağlı, aidiyyəti xidmət sahələrin rəhbərləri və iş icraçıları ilə müzakirələr aparıb, müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı