Modern.az

MHP lideri:Xocalı türklərindir

MHP lideri: “Xocalı türklərindir”

Aktual

22 Fevral 2022, 14:14

“Xocalı, Qarabağ türklərindir. Bu həqiqəti kimsə dəyişə bilməz”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı rəhbərlik etdiyi siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının toplantısında deyib.

 

“Tam 30 il əvvəl, yəni 1992-ci ildə Qarabağın Xocalı şəhərində canımızdan canımız getdi. Xocalı hələ sağalmayan yaradır. 7 min əhalisi olan Xocalıda soyqırımı törədilib, 613 soydaşımız şəhid edilib. 2020-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Azərbaycan əsgərləri erməni silahlılarını məhv edib. Türkün damarına basanlar, torpağına göz qoyanlar peşman edilib. Türk millətlərinin tək ürək olması düşmənə unudulmaz dərs verib”, - deyə Baxçalı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı