Modern.az

Ukrayna millisinin oyunu təxirə salındı

Ukrayna millisinin oyunu təxirə salındı

Aktual

22 Fevral 2022, 14:36

Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.

 

Modern.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 27-də Kiyevdə keçirilməsi planlaşdırılan görüş regiondakı hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.


Komandalar ilk oyunu fevralın 24-də, İspaniyanın Kordoba şəhərində keçirəcək.

 

Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı