Modern.az

ABŞ diplomatları Bakıya toplaşır - Görüşə İrəvandakı səfir də qatılacaq

ABŞ diplomatları Bakıya toplaşır - Görüşə İrəvandakı səfir də qatılacaq

Aktual

25 Aprel 2022, 16:18

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycana səfərə gəlir.

 

Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. O, 27-28 aprel tarixlərində Bakıda missiya rəhbərlərinin konfransına qatılacaq.

 

“Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya yardım məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edirlər”, - səfirliyin məlumatında qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı