Modern.az

Azərbaycan vətəndaşlığına qəbul edilənlərin SAYI

Azərbaycan vətəndaşlığına qəbul edilənlərin SAYI

Aktual

25 Aprel 2022, 16:56

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-ci ildən 2022-ci ilin 1 aprel tarixinədək 2076 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup”un iclasında deyib.

 

Qurum rəsmisi bildirib ki, həmçinin 5953 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı