Modern.az

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi

Aktual

27 Aprel 2022, 13:30

Polis polkovnik-leytenantı Namidan Piriyev Daxili İşlər Nazirliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəhbər təyin edilib.
 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbəri təsdiq edib.

Qeyd edək ki, bu təyinatadək N.Piriyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini postunda çalışırdı.

Daha əvvəl isə o, BDYPİ-də İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi işləyib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi əvvəllər Bakı Nəqliyyat Agentliyinin tabeliyində olub.

NİİM Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı