Modern.az

Şuşada beynəlxalq konfrans keçirilir

Şuşada beynəlxalq konfrans keçirilir

Aktual

28 Aprel 2022, 12:48

Şuşada beynəlxalq beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfrans işə başlayıb.

 

Modern.az xəbər verir ki, forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir.

 

Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edəcəklər.

 

Bundan başqa, forum iştirakçıları regionda dayanıqlı sülhün bərqərar edilməsini və regional kommunikasiyaların açılması imkanlarını nəzərdən keçirəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı