Modern.az

ABŞ səfirləri Bakıda bir araya gəldi

ABŞ səfirləri Bakıda bir araya gəldi

Aktual

28 Aprel 2022, 12:52

Amerika Birləşmiş Ştatlarınının Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri, dövlət katibinin köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı Səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

“Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, - səfirliyin məlumatında qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı