Modern.az

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi HAZIRLANIR

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi HAZIRLANIR

Aktual

28 Aprel 2022, 13:50

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır.

 

Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu informasiya agentliklərinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 

E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti o əsasnaməni təsdiq edəndən sonra ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" imzaladığı fərmana əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı