Modern.az

Ceyhun Bayramov və Lavrov Düşənbədə nədən danışdılar - YENİLƏNİB

Ceyhun Bayramov və Lavrov Düşənbədə nədən danışdılar - YENİLƏNİB

Aktual

12 May 2022, 16:28

Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan XİN-dən məlumat verilib.

 

Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

 

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

 

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

***

(15:58)

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

Tərəflər Tacikistanın paytaxtında MDB XİN başçıları Şurası çərçivəsində bir araya gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı