Modern.az

Tahir Əmiraslanov Orxan Fikrətoğluna UĞUR DİLƏDİ

Tahir Əmiraslanov Orxan Fikrətoğluna UĞUR DİLƏDİ

Aktual

13 May 2022, 13:30

Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir.

 

Modern.az xəbər verir ki, bunu Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilən Tahir Əmiraslanov "Facebook" hesabında bildirib.

 

"Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birçlyinin Prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram" , - T.Əmiraslanov qeyd edib.

 

O, Orxan Fikrətoğlunu çoxdan tanıdığını diqqətə çatdırıb: "Aramızda salam var. Ona yeni işində uğur arzulayıram".

 

T.Əmiraslanovun sözlərinə görə, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə mövcuddur:

 

"Müqavilə 2019- cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz , həm Assosiyasiya müqavilənı dəstəkləyir. Biz Dövlət və Milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...