Modern.az

Eldar Əzizov yeni Aparat rəhbəri təyin etdi

Eldar Əzizov yeni Aparat rəhbəri təyin etdi

Aktual

14 May 2022, 15:36

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə paytaxtın icra başçısı Eldar Əzizov əmr imzalayıb.

 

Əmrə əsasən, Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.

 

Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

 

Xatırladaq ki, BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...