Modern.az

Türkiyədə çimərliyin rəngi dəyişdi: su qırmızıya boyandı

Türkiyədə çimərliyin rəngi dəyişdi: su qırmızıya boyandı

Aktual

15 May 2022, 09:59

Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahillərində dəniz suyunun rəngi getdikcə narıncı və qırmızı rəngə çevrilib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Arnavutköyün Karaburun çimərliyində qeydə alınıb.

 

Ətrafdakı insanlar dənizə boya töküldüyünü zənn edərək vəziyyəti səlahiyyətlilərə çatdırıblar.

 

Xəbərdarlığa əsasən çimərliyə gələn heyət dənizdən nümunələr götürüb. Nümunələr Mərmərə Araşdırma Mərkəzinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları