Modern.az

Britaniya kəşfiyyatı ruslarla bağlı yeni məlumatlar yaydı

Britaniya kəşfiyyatı ruslarla bağlı yeni məlumatlar yaydı

Aktual

15 May 2022, 10:47

Rusiya fevralda Ukraynada hücuma cəlb etdiyi quru qüvvələrinin artıq 1/3-ni itirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında deyilir.

 

Qeyd olunub ki, Donbasda hücumun tempi azalıb, qrafikdə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə geri qalır. Rusiya son ayda əhəmiyyətli əraziləri nəzarətə götürə bilməyib, ancaq ciddi itkilər verməkdə davam edir.

 

Britaniya kəşfiyyatının proqnozuna görə, körpü və kəşfiyyat avadanlığı, müşahidə və kəşfiyyat pilotsuz aparatlarının çoxsaylı itkisi quru qüvvələrinin itkisini daha da artıracaq. Rusiya Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri qarşısında çox zəif olan pilotsuz aparatların çatışmazlığı ilə üzləşib.

 

Britaniya kəşfiyyatı hesab edir ki, hazırkı şəraitdə qarşıdakı 30 gündə Rusiya qüvvələrinin hücum tempini kəskin artırması qeyri-mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı