Modern.az

BMU növbəti dəfə nüfuzlu “THE Impact Ranking” reytinq cədvəlində

BMU növbəti dəfə nüfuzlu “THE Impact Ranking” reytinq cədvəlində

Aktual

16 May 2022, 15:26

Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “The Times Higher Education” nəşrinin dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlində  (Impact Rankings -2022) yer alıb.

 

BMU artıq ikinci dəfədir daxil olduğu adıçəkilən reytinq  cədvəli universitetlərin tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli, balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.

 

Azərbaycanın 6 ali təhsil müəssisəsinin (Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti) yer aldığı reytinq cədvəlində 106 ölkədən və regionlardan 1406 universitet daxil edilib.

 

Reytinq Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı