Modern.az

Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-yə çatdı

Aktual

16 May 2022, 15:58

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

 

Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatından sonra Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

 

FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

 

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları