Modern.az

Atıcı silahlardan və qumbaraatanlardan atəş açıldı - VİDEO

Atıcı silahlardan və qumbaraatanlardan atəş açıldı - VİDEO

Aktual

16 May 2022, 16:30

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb. Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.

 

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

 

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı