“Dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə etdik. ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmasa davam etmək istəyir".
Modern.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.
“ABŞ-ın proseslərlə bağlı mövqeyi hər kəsə bəllidir. ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam etmək niyyətindədir”, - deyə dövlət katibi bildirib.