Modern.az

Yol polisi bayramla bağlı sürücülərə MÜRACİƏT EDİB

Yol polisi bayramla bağlı sürücülərə MÜRACİƏT EDİB

Aktual

8 İyul 2022, 09:04

Bak şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirilib ki, Qurban Bayramı günlərində yol polisi gücləndirilmiş qaydada xidmət göstərəcək.

 

Qurban bayramı münasibətilə təbriklərini çatdıran A.Əsgərli qeyd edib ki, qarşıdakı əziz günləri təhlükəsiz şəraitdə keçirilməsini arzu edib:

 

"Bayram günlərində bir sıra yol hərəkəti  qaydalarınıda unutmamağı, əsasən yolların hətəkət istiqamətlərinin zəbt edilərək dayanma durma tələblərini pozmamağı və digər vətəndaşlarımızın rahat və fasiləsiz hərəkətlərinə maneyə yaratmamağı, uzaq məsafələrə  isə səfərlər zamanı yuxu və istirahət rejimlərinə əməl etməyi, səfər öncəsi avtomobillərinizin sazlığına diqqət yetirməyi xahiş edirik! Hər birinizin rahatlığının təmin olunması üçün bütün bayram günləri xidmətimizi gücləndirilmiş qaydada təmin etməyimizin bir məqsədi var oda Sizin təhlükəsizliyinizin yüksək səviyyədə təmin olunmasıdır. Bir daha hər birinizə xoş istirahətlər və neqativ hallarla yadda qalmayan bayram arzu edirik!".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı