Modern.az

DİN-dən aksiya xəbərdarlığı: Qarşısı alınacaq

DİN-dən aksiya xəbərdarlığı: Qarşısı alınacaq

Aktual

8 İyul 2022, 10:12

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.

 

Qeyd edilib ki, ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaq: "Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı