Modern.az

Maşından 6200 manat aparan şəxs TUTULDU

Maşından 6200 manat aparan şəxs TUTULDU

Aktual

8 İyul 2022, 11:20

İki il əvvəl baş vermiş oğurluğun üstü açılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin oktyabr ayında Şirvan şəhərində “Hyundai” markalı bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Onun şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.


Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...