Modern.az

Meriya aksiya keçirilməsinə İCAZƏ VERMƏDİ

Meriya aksiya keçirilməsinə İCAZƏ VERMƏDİ

Aktual

8 İyul 2022, 11:46

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə razılıq verməyib.

 

Modern.az-ın məlumatına görə, bu gün BŞİH-dən müraciətə cavab olaraq bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir. Bu tələb pozulduğuna görə aksiyanın keçirilməsinə razılıq verilməyib.

 

Xatırladaq ki, iyulun 13-də bir qrup şəxs ölkənin quru sərhədlərinin açılması tələbi ilə Nazirlər Kabinetinin qarşısında aksiya keçirmək barədə çağırış edib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır