İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putinə rusiyalıların 79%-i etibar edir.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, araşdırmaya görə, respondentlərin 79%-i prezidentə güvəndiyini, rəyi soruşulanların 12%-i dövlət başçısına “daha doğrusu etibar etmədiyini”, daha 9%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Respondentlərin 81%-nin fikrincə, Putin öz vəzifəsində daha yaxşı işləyir, rusların 11%-i isə əks fikirdədir. 8%-i suala cavab verməkdə çətinlik çəkib.
Sorğu 1-3 iyul tarixlərində Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 18 və yuxarı yaşda olan 1,5 min respondent arasında yaşayış yeri üzrə müsahibə üsulu ilə aparılıb.