Modern.az

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 2 gün iş olmayacaq

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 2 gün iş olmayacaq

Aktual

8 İyul 2022, 13:36

Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

 

"ASAN xidmət"dən Modern.az-a verilən xəbərə görə, 11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

 

11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!