Modern.az

"Açıq mikrofon" aksiyası Zaqatalada - FOTOLAR

Aktual

8 İyul 2022, 14:56

Vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerindəcə dinlənilməsinə xidmət edən "Açıq mikrofon" aksiyası çərçivəsində növbəti görüş bu gün Zaqatala rayonunda baş tutub.

 

Modern.az xəbər verir ki, aksiyaya üz tutan sakinlər qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Vətəndaşlar "Səyyar qəbul otağı"nın imkanlarında istifadə edərək bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması, küçə qaz xəttinin çəkilməsi, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev və Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladıqları sualları cavablandıraraq, lazımi izahatlar veriblər.

"Açıq mikrofon" aksiyası Zaqatalada - FOTOLAR

"Açıq mikrofon" aksiyası Zaqatalada - FOTOLAR"Açıq mikrofon" aksiyası Zaqatalada - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı