Modern.az

Daha bir ölkə patriarx Kirillə sanksiya tətbiq etdi

Daha bir ölkə patriarx Kirillə sanksiya tətbiq etdi

Aktual

8 İyul 2022, 17:20

Kanada hökuməti Rusiyadan olan 29 fiziki və 15 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın XİN rəhbəri Melani Joli bildirib.

 

Onun sözlərinə görə, sanksiya siyahısına əlavə olunanlar sırasında Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də var.

 

Xatırladaq ki, iyun ayında Böyük Britaniya patriarx Kirilli sanksiya siyahısına daxil edib. Patriarx Rusiya-Ukrayna münaqişəsinə dair öz mövqeyinə görə bu sanksiya ilə üzləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı