Modern.az

Aktiv xəstə sayı 310-a ÇATDI

Aktiv xəstə sayı 310-a ÇATDI

Aktual

8 İyul 2022, 17:55

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 310 nəfərdir.

 

Son sutka ərzində 1870, hazırkı dövrədək isə 6 981 903 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı