Modern.az

Məşhur jurnalistdən möhtəşəm liderlik kitabı - FOTO

Məşhur jurnalistdən möhtəşəm liderlik kitabı - FOTO

Aktual

8 İyul 2022, 23:36

Jurnalist və səyyah Aynur Tattersalın "Həyatdan daha çoxunu istə" adlı kitabı çap edilib.

 

Modern.az xəbər verir ki, müəllif bu kitabı ilə liderliyə olan baxışlara yeni pəncərə açmaq niyyətindədir.

 

“Özündən və həyatdan daha çox şey istəmək, öz dərinliklərini araşdırmaq, potensialımızın ən yüksək nöqtəsinə çatmaq üçün çalışmaq əslində liderlik keyfiyyətidir", - jurnalist yeni kitabı ilə bağlı deyib.

 

Qeyd edək ki, Aynur Tattersall uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, hazırda liderlik üzrə xüsusi təlimlər keçir və YUNESKO-nun dünya irsi layihələrinə strateji məsləhətlər verir.

 

Aynur Tattersall bir çox liderlərlə - Boris Consondan Nikola Sarkoziyə, Rəcəb Tayyib Ərdoğandan Angela Merkelə, Rocer Federerdən Melinda Qeytsə və Yens Stoltenberqə qədər müxtəlif şəxslərlə fərdi müsahibələr aparıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı