Modern.az

Gürcüstanda yanacaq yenidən bahalaşdı

Gürcüstanda yanacaq yenidən bahalaşdı

Aktual

9 İyul 2022, 01:05

Gürcüstanda dizel yanacağı yenidən bahalaşıb.

 

Modern.az xəbər verir ki, hazırda qonşu ölkədə avtomobil yanacağının qiyməti 5-19 tetri artımla satılır.

 

Son günlər ən çox qiymət artımı dizel yanacağında qeydə alınıb. Belə ki, eko dizel yanacağının 1 litri 4,78 lariyə (1,65 ABŞ dolları), avro dizel yanacağı isə 4,74 lariyə satılır.

 

Gürcüstanın Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili deyib ki, dizel yanacağının qiymətinin artması bir sıra amillərlə bağlıdır. Qiymət artımına ilk növbədə dünya bazarında dizel yanacağının qiymətlərinin bahalaşması səbəb olub. Digər tərəfdən, təchizat sahəsində müəyyən problemlər yaşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı