Modern.az

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Aktual

9 İyul 2022, 12:05

Azərbaycanda iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət 45-50 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13°, gündüz 21-26° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı