Modern.az

Xocavənddə yeni qərargah binası açıldı - VİDEO

Xocavənddə yeni qərargah binası açıldı - VİDEO

Aktual

9 İyul 2022, 14:06

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, müdafiə nazirinə məruzə edilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar mövcuddur.

 

Xidməti fəaliyyətin təşkili üçün binada bütün otaqların zəruri mebel və avadanlıqlarla tam təchiz olunması barədə nazirə ətraflı məlumat verilib.

 

Sonra müdafiə naziri hərbi qulluqçular üçün yeni istifadəyə verilmiş ikimərtəbəli yaşayış binasına baxış keçirib. Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, burada bütün mənzillər tam təmir olunub və zəruri kommunikasiya xətləri ilə təchiz edilib. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

 

Görülən işləri müsbət qiymətləndirən nazir hərbiçilərin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı