Modern.az

Güclü idmançılar Zəfər yolunda yarışacaqlar - Mədət Quliyev

Güclü idmançılar Zəfər yolunda yarışacaqlar - Mədət Quliyev

Aktual

9 İyul 2022, 15:11

Xalqımızın 30 ildə arzusu bu idi ki, torpaqlarımız işğaldan azad olunsun və həmin yerlərdə yarışlar keçirək. Bu gün bu arzumuzun gerçəkləşməsi bizi çox sevindirir.

 

Modern.az xəbər verir ki, bunu müdafiə sənayesi naziri, Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi. Qısa bir zamanda burada gözəl infrastruktur yaradılıb.

 

“Velosiped elə bir idman növüdür ki, o qapalı yox, açıq yerdə keçirilir. Qısa bir zamanda gözəl bir Zəfər yolu çəkilib. Sabah güclü idmançılar orada yarışacaqlar”, - deyə o, əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı