Modern.az

“Bizi “Qarabağ”la ağır döyüş gözləyir”  

“Bizi “Qarabağ”la ağır döyüş gözləyir”  

Aktual

9 İyul 2022, 15:55

“Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir”.

 

Modern.az-ın məlumatına görə, bunu “Lex”in baş məşqçisi Con van den Brom Bakıa “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

 

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib: “Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Lex” oyunu saat 20:00-da başlayacaq.

 

Xatırladaq ki, Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı