Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi ixtisasının məzunu Paşa Feyzullayev “Tesla” şirkətində işə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, P.Feyzullayev kimya mütəxəssisi olaraq fəaliyyət göstərəcək:
“Mən düşünürəm ki, sonuna qədər çalışırsınızsa, sizin üçün xeyirli olan, əldə edə bilməyəcəyiniz bir şey yoxdur! Mən bacardımsa, siz də bacararsınız, sizdən də heç bir fərqim yoxdur”.