Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini məğlub edib. Bununla da Hidayət Heydərov qızıl medala sahib olub.