Türkiyənin Əskişəhər, Bilecik və Bursa vilayətlərinə yağan güclü yağış ciddi fəsadlara səbəb olub.
Modern.az xəbər verir ki, yağıntı səbəbindən hər üç vilayətin küçə və prospektlərində irimiqyaslı gölməçələr yaranıb. Evləri və iş yerlərini su basıb, çox sayda ağac aşıb, avtomobillər sel suları altında qalıb.
Bəzi evlərin divarı çöküb.
Bilecikin Gölpazarı rayonunda bir ailənin iki üzvünü - ana və oğlunu sel suları aparıb. Hadisə nəticəsində qadın ölüb, oğlunu xilas etmək mümkün olub.