Modern.az

Kremldən Litvaya növbəti sərt XƏBƏRDARLIQ 

Kremldən Litvaya növbəti sərt XƏBƏRDARLIQ 

Aktual

10 İyul 2022, 09:48

"Bir daha qeyd etmək istəyirik ki, bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına sərt tədbirlər tətbiq edəcək".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Litvaya növbəti sərt xəbərdarlığında bildirib.

 

"Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Avropa İttifaqına qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", - deyə Zaxarova vurğulayıb.

 

Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı