Kanada hökuməti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya sənaye istehsalının bəzi sahələrinə qarşı sanksiyalar tətbiq edəcək.
Modern.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Kanada neft, qaz və kimya sektorları ilə bağlı mövcud məhdudiyyətləri sənaye istehsalını da əhatə edəcək şəkildə genişləndirəcək”, - deyə məlumatda qeyd olunub.