Birləşmiş Ştatların istefada olan generalı Qari Voleski ABŞ-ın birinci xanımı Cil Baydenin tviterdəki paylaşımına istehzalı şərh yazdığına görə hərbi komandanlıqdakı işindən uzaqlaşdırılıb.
Modern.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Prezidentin xanımı öz postunda ölkənin Ali Məhkəməsinin amerikalı qadınları abort hüququ ilə bağlı konstitusiya təminatından məhrum edən qərarını tənqid edib.
İraqda döyüşmüş Voleski şərhlərdə “Nəhayət qadının nə olduğunu başa düşdüyünüzə görə çox şadam” yazıb. Bundan sonra ABŞ ordusu onun davranışı ilə bağlı araşdırmaya başlayıb.