Modern.az

Təcili yardım maşını mikroavtobusla toqquşdu

Təcili yardım maşını mikroavtobusla toqquşdu

Aktual

10 İyul 2022, 10:07

Gürcüstanın Kaxeti bölgəsinin Kvareli və Laqodexi rayonlarını birləşdirən magistralda qəza baş verib.

 

Modern.az xəbər verir ki, qəza zamanı təcili tibbi yardım maşını və mikroavtobus toqquşub.

 

Məlumata görə, əks istiqamətdə hərəkət edən mikroavtobus və təcili yardım maşını toqquşub, nəticədə hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

 

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında təcili tibbi yardımın əməkdaşları da var. Həkim və tibb bacısının vəziyyətinin nisbətən ağır olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı