Modern.az

Qonşuda uşaq böyütmək neçəyə başa gəlir?

Qonşuda uşaq böyütmək neçəyə başa gəlir?

Aktual

10 İyul 2022, 10:16

Son dövrlər qonşu Gürcüstanda uşaq böyütmək xeyli çətinləşib. Bunu yekdilliklə qonşu ölkədəki valideynlər də təsdiqləyirlər.

 

Modern.az yerli mediaya istinadən xəbər verir ki, ekspertlər ölkədə yaranmış iqtisadi böhranın uşaq qidası və məhsullarına da ciddi təsir etdiyini bildirirlər.

 

Onların sözlərinə görə, körpə təbii qida əvəzinə suni qidalar yeyirsə, bu zaman uşaq böyütmək çətinləşir.

 

"Business Press" bir sıra valideynlərdən müsahibə götürüb və bu gün orta hesabla bir uşağı böyütmək üçün ay ərzində nə qədər xərc lazım olduğunu maraqlanıb.

 

Valideynlər xüsusi uşaq yeməyi, uşaq bezi, digər qidalar və onların sağlamlığı üçün gigiyenik vasitələrlə birgə ay ərzində bir uşaq üçün 500-1000, bəzi hallarda isə 1500 lari ( təxminən 700-750 manat) civarında xərc lazım olduğunu deyirlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı